21 yaşlı idmançı intihar etdi: səbəb…
26-11-2023, 11:27

İsveçli qaçışçı Emilia Branqefalt 21 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, İsveç Atletika Federasiyasının məlumatına görə, Brangefalt intihar edib. “Son aylarda Emilia fiziki və əqli cəhətdən özünü çox pis hiss edirdi. Ən yaxınlarının dəstəyi var idi, lakin o, iztirablarına belə son qoydu”, – deyə assosiasiyadan bildirilib.
İsveç Atletika Federasiyasının prezidenti Kaisa Bergqvist əlavə edib ki, Emilia bütün həyatı boyu qarşısına çıxan ən istedadlı İsveç idmançılarından biri olub.
Emilia Branqefalt 2022-ci ildə 40 km məsafəyə qaçış üzrə Dünya Çempionatında bürünc medal qazanıb. Bu il İnsbrukda keçirilən mundialda isə beşinci olub. Lakin həddindən artıq yüksək ürək döyüntüsü diaqnozu qoyulduqdan sonra idmana fasilə ara vermək məcburiyyətində qalıb.
Noyabrın 4-də “İnstaqram” səhifəsindəki paylaşımında Branqelalt idmana ara verməyə məcbur olduqdan sonra həm fiziki, həm də ruhi cəhətdən yaşadığı çətinliklərdən danışıb:
“Mən çox yüksək ürək döyüntüləri səbəbindən bu idman növü ilə məşğul ola bilmirəm. Nəbzim dəqiqədə 120-dən 150-yə qədər çatır. İndi mənim üçün yerimək belə çətindir”.