Tanınmış azərbaycanlı hücumçu bir də futbol oynaya bilməyəcək? - VİDEO

27-11-2023, 10:18           
Tanınmış azərbaycanlı hücumçu bir də futbol oynaya bilməyəcək? - VİDEO
Azərbaycan yığmasının sabiq hücumçusu Ağabala Ramazanov üçün mövsüm demək olar başa çatıb.

Ümumiyətlə, həkimlər Premyer Liqanın XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən “Səbail”in kapitanının futbola dönüşünü riskli hesab edir.

Onlar beyin silkələnməsi keçirən forvardın müalicəsinin ən azı 4-5 ay sürməsini lazım bilir.

Həmin vaxtdan sonra o, bir daha müayinə olunacaq. Yalnız bu zaman müəyyənləşəcək ki, yüngül fərdi məşqlərə başlaya bilər, ya yox.

Ağabala Ramazanov “Turan Tovuz”la görüşün (2:1) 45-ci dəqiqəsində rəqib müdafiəçi Faiq Hacıyevlə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb.

Tibbi heyətin müdaxiləsindən sonra o, xəstəxanaya çatdırılıb. Bir həftədən artıq müddətdə burada qalıb.

İlk 5 gün ərzində qida qəbul edə bilməyib. Nə yemək istəsə də, geri qaytarıb. Bu müddətdə ona əsasən “sistem” köçürülüb.(SPORTİNRO.AZ)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru