Onu dayandırmaq olmur: Tarixə düşmək üçün 4 qol qaldı

27-11-2023, 11:24           
Onu dayandırmaq olmur:
"Atletiko" La Liqanın son turu çərçivəsində doğma meydanda "Malyorka"nı məğlub edib - 1:0.

Madrid klubunun yeganə qolunu 63-cü dəqiqədə Antuan Qrizman vurub. Bu, fransız hücumçunun "hindularr"ın heyətində 170-ci qolu olub. Bunun sayəsində o, Adrian Eskuderonu (1945 - 1958) ötərək klubun bombardiri siyahısında ikinci yerə yüksəlib.

Birinci yerdə İspaniya millisinin keçmiş məşqçisi Luis Araqones (1964 - 1974) qərarlaşıb - 173 qol.

Qrizmann hazırkı mövsümdə La Liqada ən çox qol vuran oyunçulardan biridir. Onun 13 matçda 9 qolu var ki, bu da birinci pillədə qərarlaşan "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemdan iki top azdır.

La Liqanın 13 turundan sonra "Atletiko"nun 31 xalı var. Madridlilər üçüncü sırada qərarlaşıb.

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru