Təcavüzdə günahlandırılan Alveşlə bağlı növbəti məhkəmə qərarı açıqlandı

28-11-2023, 13:04           
Təcavüzdə günahlandırılan Alveşlə bağlı növbəti məhkəmə qərarı açıqlandı
Barselona məhkəməsi ötən ilin dekabrında gecə klubunda qadına təcavüz etməkdə təqsirləndirilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin zaminə buraxılmasını növbəti dəfə rədd edib.

Məlumata görə, artıq üçüncü dəfədir ki, Barselona məhkəməsi braziliyalı futbolçunun apelyasiya şikayətlərini təmi etmir.

Məhkəməyə görə, təqsirləndirilən şəxsin qaçma riski qalmaqdadır, çünki prokurorlar onun üçün doqquz il həbs tələb edirlər. Buna görə də Alveşin istəyi təmin oluna bilməz.

İdmançının vəkilinin sözlərinə görə, Alveş artıq zərərçəkənə 150 ​​min avro məbləğində təzminat ödəyib, ona görə də həbs müddəti iki ildən çox olmamalıdır. Prokurorluq isə israr edir ki, kompensasiya yüngülləşdirici hal olmamalıdır.
Xatırladaq ki, Alves altı aydan çoxdur Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında o, Barselonadakı “Satton” gecə klubunda 23 yaşlı qadını zorlamaqda ittiham olunub.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru