La Liqa: “Jirona” liderlik fürsətini əldən verdi - VİDEO

28-11-2023, 13:24           
La Liqa: “Jirona” liderlik fürsətini əldən verdi - VİDEO
İspaniya LaLiqasının 14-cü turu çərçivəsində daha bir oyun keçirilib.

“Jirona” ev matçında Bilbao “Atletik”ilə minimal hesablı heç-heçəyə razılaşıb - 1:1.

Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, üstünlüklərini sonadək qoruya bilməyərək çempionatda liderliyə yüksəlmək şansını əldən veriblər.
Bu nəticədən sonra 35 xal toplayan “Jirona” turnirin hazırki lideri olan “Real Madrid”lə xallarını bərabərləşdirərək ikinci pillədəki mövqelərini daha da möhkəmləndirib. Komanda “Atletiko” (31 xal) və “Barselona” (31 xal) kimi futbol nəhənglərini arxada qoyub.

“Atletik” isə hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru