Çempionlar Liqası: Daha dörd komanda pley-offa vəsiqəni təmin etdi - YENİLƏNİB + VİDEO

29-11-2023, 11:44           
Çempionlar Liqası: Daha dörd komanda pley-offa vəsiqəni təmin etdi - YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.

Oxu.az-ın məlumatına görə, ilk gündə E, F, G və H qruplarında oyunlar keçirilib.

Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha dörd komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib. Bunlar “Atletiko”, “Latsio”, Dortmund “Borussiya”sı və “Barselona”dır.

Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

28 noyabr

E qrupu

“Latsio” (İtaliya) - “Seltik” (Şotlandiya) 2:0

“Feyenoord” (Niderland) - “Atletiko” (İspaniya) 1:3


F qrupu

“Milan” - “Borussiya” (Dortmund, Almaniya) 1:3


PSJ (Fransa) - “Nyukasl” (İngiltərə) 1:1

G qrupu

“Mançester Siti” (İngiltərə) - “Leyptsiq” (Almaniya) 3:2


“Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) 2:0


H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) - “Antverpen” (Belçika) 1:0


“Barselona” (İspaniya) - “Portu” (Portuqaliya) 2:1


23:58

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.

Oxu.Az-ın məlumatına görə, ilk gündə E, F, G və H qruplarında keçirilməli olan səkkiz matçdan ikisi artıq başa çatıb.

E qrupunda “Latsio” - “Seltik”i qəbul edib. Meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçiriblər - 2:0.

H qrupunda isə autsayder “Antverpen” Donetsk “Şaxtyor”unun qonağı olub. Matç gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü ilə nəticələnib - 1:0.

Qeyd edək ki, bir qədər sonra daha altı oyuna start veriləcək. Turun qalan görüşləri isə ertəsi gün oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru