“Qarabağ”ın futbolçusu bu göstəricidə Ronaldonu qabaqladı

30-11-2023, 00:09           
“Qarabağ”ın futbolçusu bu göstəricidə Ronaldonu qabaqladı
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son vuruşlarda daha dəqiq olan futbolçuların siyahısını dərc edib.

Qol.az CIES-in saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın hücumçusu Juninyo Olavio da yer alıb. O, 65 liqanın əhatə olunduğu araşdırmada 0,219 əmsalla 20-ci pillədə qərarlaşıb.

Juninyo bu göstəricidə Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Ceymi Vardi (“Lester”, İngiltərə), Aleks Qrimaldo (“Bayer”, Almaniya), Kriştiano Ronaldo (“Əl-Nasr”, Səudiyyə Ərəbistanı) kimi futbolçuları qabaqlayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Qeyd edək ki, siyahıya “Bavariya”nın futbolçusu Harri Keyn (0,533) başçılıq edir. “Feyenoord”dan Santyaqo Ximenes (0,361) 2-ci, “Real”dan Cud Bellinqem (0,355) 3-cüdür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru