Ronaldo ABŞ-da məhkəməyə verildi

30-11-2023, 00:05           
Ronaldo ABŞ-da məhkəməyə verildi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Kriştiano Ronaldo barəsində Florida ştatının (ABŞ) Dairə Məhkəməsində iddia qaldırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Coin Telegraph” məlumat yayıb.
“Əl-Nasr” oyunçusu “Binance” kriptovalyuta birjasını reklam edib. Nəşrin yazdığına görə, noyabrın 27-də ABŞ-ın Florida ştatının Dairə Məhkəməsində qaldırılan iddiada Ronaldonun “Binance” ilə koordinasiyada qeydiyyatdan keçməmiş qiymətli kağızların təklifi və satışında təşviq, köməklik və/yaxud fəal iştirak etdiyi” iddia edilir.
2022-ci ildə portuqaliyalı öz NFT tokenlərini yaratmış “Binance” ilə çoxillik müqavilə bağlayıb. İttiham tərəfi təkid edir ki, platforma qeydiyyatdan keçməmiş qiymətli kağızlara sərmayələr cəlb edib və bu onlar tərəfindən itkilərə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru