Kriştianu Ronaldu ABŞ-də məhkəməyə verildi

30-11-2023, 15:04           
Kriştianu Ronaldu ABŞ-də məhkəməyə verildi
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun, “Binance” kriptovalyuta birjasının reklamı və təşviqi ilə məşğul olduğu üçün ABŞ-də kollektiv iddia qaldırıblar.

Verilən məlumata görə, ABŞ-nin Florida ştatının Dairə Məhkəməsində qaldırılan iddiaya əsasən Ronaldunun köməyi ilə “Binance” birjası qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib və buna görə də iddiaçılar zərər çəkiblər. Bundan əlavə, iddiada Ronaldunun “Binance”ın qeydiyyatdan keçməmiş kripto-qiymətli kağızlarının satışı haqqında məlumatlı olduğu bildirilir, çünki onun investisiya təcrübəsi və üçüncü tərəf məsləhətçilərini cəlb etmək üçün geniş resursları var.

Buna əsaslanaraq, iddiaçılar dəymiş ziyanın və məhkəmə xərclərinin tam ödənilməsini tələb edirlər.
Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru