“Liverpul”un əfsanəsi Messi ilə Ronaldu arasındakı mübahisəyə son qoydu

1-12-2023, 11:14           
“Liverpul”un əfsanəsi Messi ilə Ronaldu arasındakı mübahisəyə son qoydu
“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messini planetin ən yaxşı futbolçusu hesab etdiyini bildirib.

Onun fikrincə, portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə qarşıdurma sırf simvolik xarakter daşıyıb.

“Belə bir mübahisə heç vaxt olmayıb, Ronaldu heç Messi səviyyəsində deyil. Ronaldu bütün zamanların ən yaxşı qol vuran oyunçularından biridir, Messi isə futbol tarixinin ən önəmli oyunçularından biridir. Onlar hətta yaxın deyillər”, - deyə Karrager bildirib.
Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.