“Qalatasaray - Fənərbaxça” matçı üçün XANKƏNDİ STADİONU... TƏKLİFİ GƏLDİ...

30-12-2023, 11:13           
“Qalatasaray - Fənərbaxça” matçı üçün XANKƏNDİ STADİONU... TƏKLİFİ GƏLDİ...
Türkiyə prezidentliyinə sabiq namizəd Sinan Oğan ötən gün təxirə salınmış “Qalatasaray - Fənərbaxça” matçının Azərbaycanda keçirilməsini təklif edib.

Yenisabah.az xəbər verir ki, türkiyəli siyasətçi bu təkliflə özünün sosial şəbəkə hesabında çıxış edib. S.Oğan Xankəndi stadionunun final matçı üçün ideal məkan olduğunu bildirib.


Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında oynanılması nəzərdə tutulan Türkiyə Super Kuboku qarşılaşması ləğv edilib.

Buna səbəb yerli hakimiyyətin arenada Atatürk pankartları, köynəkləri və Türkiyənin dövlət himnini qadağan etməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru