Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlub oldu, “Aston Villa” vacib qələbə qazandı - VİDEO

31-12-2023, 12:13           
Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlub oldu, “Aston Villa” vacib qələbə qazandı - VİDEO
İngiltərə Premyer Liqasının 20-ci turunda “Mançester Yunayted” səfərdə “Nottinqem Forest”in qonağı olub.

Oyun “Nottingem Forest”in “Mançester Yunayted” üzərində 2:1 hesablı qələbəsi ilə bitib.

Bu məğlubiyyətdən sonra 31 xalı olan “Qırmızı şeytanlar” Premyer Liqada yeddinci yerdə qərarlaşıblar.

“Nottinqem Forest” - “Mançester Yunayted” 2:1

İngiltərə Premyer Liqasının digər oyununda isə “Aston Villa” “Bernli” ilə qarşılaşıb.

Məhsuldarlığı ilə yaddan qalan oyun “Aston Villa”nın 3:2 hesablı qələbəsi ilə bitib.

Bu qələbə ilə xallarını 42-yə çatdıran “Aston Villa” hazırda lider “Liverpull”a birinci-ikinci yeri bölüşür.

“Aston Villa” - “Bernli” – 3:2

Premyer Liqanın digər qarşılaşmasında “Çelsi” səfərdə “Luton Taun”un qonağı olub.
Bu görüşdə “zadəganlar” rəqibi 2:3 hesabı ilə məğlub ediblər.

Hazırda 28 xalı olan “Çelsi” turnir cədvəlinin 10-cu sırasında qərarlaşıb.

“Luton Taun” - “Çelsi” – 2:3

“Kristal Pelas” – “Brentford” oyununda isə qapılara ümumilikdə dörd qol vurulub.

Belə ki, oyunun 2-ci dəqiqəsində – “Brentford”un futbolçusu hesabı açsa da, özünə gələn “Kristal Pelas”ın futbolçuları rəqibi üç dəfə cəzalandırıblar.

“Kristal Pelas” – “Brentford” 3:1

20-ci turun “Vulverhempton” – “Everton” oyunu isə meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə bitib.

“Vulverhempton” – “Everton” 3:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru