Çinli şahmatçı iyrənc hiyləsinə görə cəzalandırıldı

31-12-2023, 15:24           
Çinli şahmatçı iyrənc hiyləsinə görə cəzalandırıldı
Ötən həftə Çinin Haynan adasında keçirilən Çin şahmatı (Xiang qi) turnirində çempion olan Yan Çenqlonq nalayiq davranışa görə titulundan məhrum edilib.

Şahmat yarışlarından bir il müddətinə uzaqlaşdırılan 48 yaşlı idmançının anal yolla istifadə edilən titrəyişli muncuqların köməyi ilə rəqibləri aldatdığı iddia edilib. Sosial mediada yayılan iddialarda Yanın anal muncuqların köməyi ilə siqnallar qəbul edib göndərdiyi və bununla da turnirin qalibi olduğu irəli sürülüb.

Ancaq Çin Şahmatı Federasiyası (CXA) saxtakarlıq iddialarını sübut etməyin mümkün olmadığını açıqlayıb. Açıqlamada Yanın turnirdə qalib gəldikdən sonra otel otağında dostları ilə içki içdiyi, daha sonra otaqdakı tualetdə muncuqları bədənindən xaric etdiyi bildirilib. Yan otelin əmlakına ziyan vurmaqda, ictimai asayişi pozmaqda, gözəl əxlaqa zidd hərəkətlərdə ittiham edilib və onun çempionluq titulunu geri alınıb.

Federasiyanın bəyanatında Yandan geri alınan pul mükafatının məbləği açıqlanmayıb. Lakin AFP-nin məlumatına görə, Çin şahmat turnirində çempionlar minlərlə dollar dəyərində mükafat qazanırlar.\\Valyuta.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.