Kriştianu Ronaldu “Ən-Nəsr”ə təşəkkür etdi - VİDEO
1-01-2024, 13:14
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu çıxış etdiyi Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna təşəkkür edib.
O, sosial şəbəkədə “Hər an üçün minnətdaram” yazıb.
Forvard 2023-cü il ərzində 54 qol ataraq ilin bombardiri olub. Kriş bu qollardan 37-sini məhz “Ən-Nəsr” formasıyla vurub. Xatırladaq ki, portuqaliyalı 2023-cü ilin yanvarında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi Səudiyyə klubuna keçib.