Rusiya ağır atletləri də “Rio-2016”-dan kənarda qaldılar

30-07-2016, 09:21           
Rusiya ağır atletləri də “Rio-2016”-dan kənarda qaldılar
Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) ağır atletika üzrə Rusiya yığmasını tam heyətlə 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından kənarlaşdırıb.
Oxu.az-ın xəbərinə görə, bu barədə cümə günü, iyulun 29-da, təşkilatın rəsmi saytında məlumat verilib.
IWF-in qərarı Maklarenin hesabatı əsasında qəbul olunub.
“IWF-in İcraiyyə Komitəsi Rusiya ağır atletlərinin “Rio-2016”-da iştirakı məsələsini diqqətlə araşdırıb. Tədqiqata Riçard Maklarenin rəhbərlik etdiyi WADA müstəqil komissiyasının materialları daxil edilib. Tatyana Kaşirina və Anastasiya Romanova Rusiya Olimpiya komitəsi tərəfindən kənarlaşdırılmışdı. Turnirdən kənarlaşdırılan daha dörd idmançının adı isə Maklarenin hesabatında qeyd olunub”, – məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru