Fransa çempionatı: “Monako” “Nitsa” üzərində qələbə qazandı - VİDEO

12-02-2024, 15:34           
Fransa çempionatı:
“Monako” Fransa çempionatının 21-ci turunun matçında “Nitsa” üzərində qələbə qazanıb. Görüş 3:2 hesabı ilə başa çatıb.

Oxu.Az xəbər verir ki, “Monako”nun rusiyalı hücumçusu Aleksandr Qolovin 77-ci dəqiqədə start heyətinə daxil olaraq komandasının qələbə qolunu vurub.

“Monako”nun heyətində Denis Zakaria qol vuraraq dubl edib. Penaltini dəqiq yerinə yetirən Qaetan Laborde və Evann Qessan “Nitsa”nın qollarına imza atıb. 54-cü dəqiqədən Dante Bonfin birbaşa qırmızı vərəqə aldıqdan sonra “Nitsa” azlıqda oynayıb.
Bu qələbədən sonra “Monako” 38 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Nitsa” ondan bir xal artıq qazanıb və ikinci yeri tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.