La Liqa: “Barselona” Yamalın dubluna baxmayaraq, “Qranada”nı məğlub edə bilmədi - VİDEO

12-02-2024, 12:24           
La Liqa: “Barselona” Yamalın dubluna baxmayaraq, “Qranada”nı məğlub edə bilmədi - VİDEO
İspaniya La Liqasının 24-cü turunda “Barselona” doğma meydanda “Qranada”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, görüş Barselonadakı “Olimpik Lyuis Kompanis” stadionunda keçirilib. Oyunu Migel Anxel Ortis Aryasın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Oyun heç-heçə ilə yekunlaşıb - 3:3.

15-ci dəqiqədə Lamin Yamal kataloniyalıları hesabda irəli çıxarıb. İlk hissənin sonunda qonaqlar hesabı bərabərləşdiriblər. Onların heyətində 43-cü dəqiqədə Rikardo Sançes fərqlənib. Fakundo Pelistri 60-cı dəqiqədə “Qranada”nı hesabda önə keçirib. Üç dəqiqə sonra Robert Levandovski tabloda tarazlığı bərpa edib. Lakin 66-cı dəqiqədə İqnasi Mikel qonaqları yenidən hesabda irəli çıxarıb. 81-ci dəqiqədə Yamal dubla imza atıb. Hesab yenidən bərabərləşib.
Beləliklə, “Barselona” İspaniya Futbol Çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Xavinin komandasının 51 xalı var. “Qranada” hazırda 13 xalla 19-cu yerdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.