“Atletiko Madrid” İspaniya çempionatının 26-cı turu çərçivəsində səfərdə “Almeriya” ilə qarşılaşıb.
Matçda dörd qol vurulmağına baxmayaraq, qalib məlum olmayıb - 2:2.
Bu oyundan sonra “Atletiko Madrid” 52 xalla dördüncü pillədə qərarlaşıb. Çempionatda qələbəsi olmayan “Almeriya” doqquz xalla turnir cədvəlinin sonuncu pilləsindədir. “Almeriya” – “Atletiko Madrid” - 2:2