Çalhanoğlu nə vaxt qayıdacaq?

28-02-2024, 17:38           
Çalhanoğlu nə vaxt qayıdacaq?
“İnter”in aparıcı oyunçularından sayılan Hakan Çalhanoğlu bir müddət oynaya bilməyəcək.

İtaliya klubunun rəsmi saytının xəbərinə görə, onun sağ bud əzələsində zədə aşkarlanıb. Bu səbəbdən A seriyasının “Leççe” ilə matçını ehtiyat oyunçular skamyasında keçirən türkiyəli yarımmüdafiəçi daha 2 oyunu buraxmalı olacaq. Başqa sözlə, Hakan A seriyasında fevralın 28-də “Atalanta”, martın 4-də isə “Cenoa” ilə keçiriləcək matçlarda oynamayacaq.

Çalhanoğlu bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 30 matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru