Acun Ilıcalı UEFA prezidenti ilə görüşdü

28-02-2024, 12:30           
Acun Ilıcalı UEFA prezidenti ilə görüşdü
Futbol dünyasına etdiyi sərmayələrlə tez-tez adından söz etdirən Acun Ilıcalı bu dəfə UEFA prezidenti Aleksander Çeferinlə görüşüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanada baş tutan görüşlə bağlı təəccüblü iddia irəli sürülüb. Bildirilib ki, tanınmış iş adamı \"PrvaLiga\"da \"Olimpiya Lyublyana\" ilə maraqlanır.

Görüşdən sonra sosial şəbəkə hesabında fotolarını paylaşan Ilıcalı bunları yazıb: \"UEFA-nın dəyərli prezidenti cənab Ceferinə qonaqpərvərliyinə görə təşəkkür edirəm. Futbolla dolu çox gözəl söhbət oldu\".

Məşhur prodüser Acun Ilıcalı əvvəlcə \"Hall Siti”ni, daha sonra İrlandiya Premyer Liqa komandalarından \"Şelburnu” alıb.

\"Hall Siti\" hazırda Premyer Liqaya yüksəlmək üçün mübarizə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru