Poqba futboldan uzaqlaşdırıldı

1-03-2024, 11:04           
Poqba futboldan uzaqlaşdırıldı
Milli Antidopinq Tribunalı (NADO Italia) Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanı cəzalandırıb.

31 yaşlı oyunçu 4 il müddətinə futboldan diskvalifikasiya edilib.Buna futbolçunun antidopinq qaydalarını pozmağı səbəb olub. Belə ki, Poqba A Seriyasının birinci turunda “Udineze” ilə matçdan sonra dopinq testi verib və orqanizmindəki testosteronun həddən artıq yüksək olduğu üzə çıxıb.

Digər bir iddiaya görə, “Yuventus” rəhbərliyi fransalı futbolçu ilə müqaviləni pozmağı düşünür. Onun Turin təmsilçisi ilə sözləşməsi 2026-cı ildə başa çatır.

Qeyd edək ki, Pol Poqba Fransa yığmasının heyətində 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatının qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru