Mourinyonu ağladan yeganə oyun

2-03-2024, 00:06           
Mourinyonu ağladan yeganə oyun
Dünya futbolunda iz qoymuş məşçilərdən olan Joze Mourinyo yalnız bir oyunun nəticəsinə görə ağlayıb.

Qol.az “goal.com”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Real”ı çalışdırarakən – Çempionlar Liqasının 2011-2012 mövsümünün finalında “Bavariya”ya penaltilər seriyasında uduzduqları matçın ardından göz yaşlarını saxlaya bilmədiyini deyib:

“Bavariya”ya məğlubiyyətdən sonra evə gedərkən ağladım. Bu karyeramda ilk və son oldu. Sonra mənə Xorxe Mendeş zəng vurub dedi ki, Kriştiano çox üzgün durumdadır, onun evinə get. Ölü adamdan heç bir fərqim olmadığını bildirdim. Bunu edə bilməyəcəyimi desəm də, sonda Ronaldonun evinə getdim. İkimiz də çox bərbad vəziyyətdə idik”.

Qeyd edək ki, “Real”ı çalışdırdığı müddətdə Çempionlar Liqasını qazana bilməyən Mourinyo daha sonra “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”nın baş məşqçisi olub. 61 yaşlı məşqçinin adı son günlər “Bavariya” ilə hallanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru