Qurbanovdan Lunyov AÇIQLAMASI: “Emosiyalarını saxlaya bilmir”

7-04-2024, 12:34           
Qurbanovdan Lunyov AÇIQLAMASI:
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Andrey Lunyov haqda danışıb.

Misli Premyer Liqasının 29-cu turunda “Səbail”lə matçdan sonra keçirilən mətbuat konfransında rusiyalı qolkiperin meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsi ilə bağlı deyib:

“Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm. Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru