Prezident nöqtəni qoydu: O, "Barsa"da qalmaq istəyir

8-04-2024, 10:04           
Prezident nöqtəni qoydu:
“Atletiko”nun prezidenti Enriko Serezo icarə əsasında “Barselona”nda çıxış edən portuqaliyalı hücumçu Joao Feliks haqda danışıb.

Referans.az xəbər verir ki, prezident Feliksin Kataloniya klubunda qalmaq istədiyini bildirib.

“Joao Feliks “Barselona”da qalmaq istəyir, bu normaldır. “Barselona” onu istəyir və o, orada olmaq istəyir. O, topla əla oynayan futbolçudur. Komandaya yaxşı uyğunlaşır. “Atletiko”nun bu mərhələdə onun üçün pul baxımından nə qədər qazana biləcəyini isə bilmirəm”, – prezident deyib.

Bu mövsüm Joao Feliks bütün turnirlərdə 35 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 30 milyon avro qiymətləndirir. /publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.