Rio-2016: Qadın güləşçimiz bürünc uğrunda mübarizə aparacaq

18-08-2016, 23:07           
Rio-2016: Qadın güləşçimiz bürünc uğrunda mübarizə aparacaq
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışı başa çatacaq. Azərbaycan yığması son 3 dəst medal uğrunda mübarizədə 1 idmançı ilə təmsil olunur.

Avropa çempionumuz Nataliya Sinişin özünü doğrultmağa çalışır. Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan milliləşdirilmiş legionerimiz özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayır.

Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edib. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gəlib. 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı ilə qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Asiyalı görüşü 3:0 hesabı ilə xeyrinə bitirib.

Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılacaq. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gələcək. Nataliya qalib gələcəyi halda bürünc medal uğrunda mübarizə aparacaq.

Qarşılaşma saat 23:05-də start götürəcək. Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq Olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazansa da, 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru