“Latsio”nun futbolçusu yanan avtomobildən son anda xilas oldu - FOTO

13-04-2024, 17:04           
“Latsio”nun futbolçusu yanan avtomobildən son anda xilas oldu - FOTO
“Latsio”nun və Albaniya millisinin müdafiəçisi Elseid Hüsay 160 min avro dəyərində olan “Ferrari”sini idarə edərkən avtomobili alovlanıb.

Hadisə aprelin 7-də baş verib. Avtomobili Hüsayın qayınatası idarə edib. Onların hər ikisi tamamilə yanmış avtomobildən çıxmağa müvəffəq olublar.

“Biz yolda hərəkət edərkən avtomobilin nasazlığı yanğına səbəb olub. Vəziyyəti dərhal hiss etdim və biz dayandıq. Xoşbəxtlikdən insanlara və digər nəqliyyat vasitələrinə heç bir zərər dəyməyib”, - deyə Hüsay “Instagram” hesabında yazıb.



Mənbə: Il Messaggero












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru