Almaniya Bundesliqası: “Bavariya” rəqibini darmadağın etdi - VİDEO

21-04-2024, 09:20           
Almaniya Bundesliqası: “Bavariya” rəqibini darmadağın etdi - VİDEO
Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində “Bavariya” səfərdə “Union Berlin"i darmadağın edib – 5:1.

Münhen təmsilçisinin heyətində Tomas Müller dubl edib (53-cü və 66-cı dəqiqələrdə). Leon Qoretska (29-cu dəqiqə), Harri Keyn (45+1-ci dəqiqə) və Matis Tel (61-ci dəqiqə) hərəyə bir dəfə fərqləniblər.

Ev sahiblərinin yeganə qolunu isə Yorbe Vertessen vurub (90-cı dəqiqə).

Bu nəticə ilə “Bavariya” 66 xalla turnir cədvəlində ikinci yerini qoruyub. “Union” isə 29 xalla 14-cüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru