Arda Güler qol sevinci zamanı göstərdiyi əl hərəkətinin mənasını AÇIQLADI - FOTO/VİDEO

1-05-2024, 10:04           
Arda Güler qol sevinci zamanı göstərdiyi əl hərəkətinin mənasını AÇIQLADI - FOTO/VİDEO
İspaniyanın “Real Madrid” klubunda oynayan və bu klubda karyerası ərzində ikinci qolunu vuran türkiyəli gənc futbolçu Arda Güler qol sevincini yaşadığı zaman göstərdiyi əl hərəkətinin mənasını açıqlayıb.

“Qol sevincimin mənası etimada, inama əsaslanır. Mən hər şeyin Allahdan gəldiyinə inanıram. Çox çalışıram, gerisini Allaha həvalə edirəm”, - deyə Güler bildirib.

Qeyd edək ki, Arda Güler ən son qol sevincini isə İspaniya La Liqasının 33-cü turunda “Real Madrid”in səfərdə “Real Sosyedad”la qarşılaşdığı oyunda qeyd edib.

Bu mövsüm ilk dəfə La Liqada ilk 11-lik heyətdə meydana çıxan Arda matçın 29-cu dəqiqəsində qola imza atıb və bununla da komandasına qalibiyyət qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru