Təbrizdə "Traktor" matçında həbs edilənlərə ittihamlar irəli sürülüb

1-05-2024, 10:44           
Təbrizdə "Traktor" matçında həbs edilənlərə ittihamlar irəli sürülüb
Təbriz Ümumi və İnqilab Məhkəməsi martın 14-də "Traktor" komandasının oyununda həbs edilən 3 milli fəal barədə hökm verib.

Hüquq müdafiəçilərinin sosial mediada yaydıqları xəbərə görə, martın 14-də Təbrizin Səhənd stadionunda "Traktor" və "Havadar" futbol komandaları arasında keçirilən oyunda həbs olunan Səməd Heydəri, Əmin Tağızadə və Hadi Gözəli adlı üç azərbaycanlı fəala "separatçı bayrağı qaldırmaqla stadionda asayişi pozmaq və tamaşaçıları iğtişaşlara sövq etmək" ittihamı irəli sürülüb.

Surəti Az News Telegram kanalında dərc olunan məhkəmə hökmünə əsasən, Təbriz Ümumi və İnqilab Məhkəməsinin 15-ci istintaq şöbəsi bir il müddətinə təqibin şərti olaraq dayandırılmasına qərar verib. Adları çəkilən fəallar bir il ərzində müəyyən ittihamlardan həbs olunarsa, onlara qarşı bu iş yenidən açılacaq.
Çıxarılan hökmdə təqsirləndirilən şəxslərin stadionda hansı bayrağı qaldırdıqları dəqiq müəyyən edilməyib.

Məlumata görə, üç azərbaycanlı fəal qərara qarşı Apellyasiya Məhkəməsinə şikayət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru