Ronaldu het-trik etdi, komandası qalib gəldi - VİDEO

5-05-2024, 11:44           
Ronaldu het-trik etdi, komandası qalib gəldi - VİDEO
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi “Ən-Nəsr” klubu “Əl-Vehda” ilə görüşdə 6-0 hesablı qələbəyə sevinib.

39 yaşlı Kriştianu Ronaldu oyunda het-triklə yadda qalıb.

Portuqaliyalı ulduz futbolçu 5-ci dəqiqədə vurduğu qolla komandasını qələbəyə ruhlandırıb - 1:0. Qonaqlar özlərinə gəlməmiş daha bir zərbə alıblar. Kriştianu Ronaldu 12-ci dəqiqədə dubl edib - 2:0. Otavio 18-ci, Sadio Mane isə 45-ci dəqiqədə vurduğu qolla fərqi 4-ə yüksəldib - 4:0. 56-cı dəqiqədə yenidən səhnəyə çıxan Kriştianu Ronaldu het-trikini rəsmiləşdirib - 5:0. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Muhammed Əl Fatil qoyub - 6:0.
Qeyd edək ki, 6-0 hesabı ilə qalib gələn “Ən-Nəsr” 74 xalla 2-ci pillədə qərarılaşır. “Əl-Vehda” 32 xalla 12-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru