Luka Modriç “Real Madrid”in tarixinə düşdü

5-05-2024, 13:14           
Luka Modriç “Real Madrid”in tarixinə düşdü
Luka Modriç adını “Real Madrid” klubunun tarixinə yazdırıb.

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi “Real Madrd” klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün.
Beləliklə, Luka Modriç 38 il 233 günlə Fremç Puskasın rekordunu yeniləyib.

Qeyd edək ki, “Real Madrid” dünən “Kadis”lə keçirilən görüşdə 3-0 hesabı ilə qalib gəlib. “Barselona”nın “Jirona” ilə görüşdə xal itirməsi “Kral” klubunun Çempionluğunu rəsmiləşdirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.