İtaliyalı azarkeşlər alman futbolçunun ailəsini ölümlə hədələyiblər

5-05-2024, 15:54           
İtaliyalı azarkeşlər alman futbolçunun ailəsini ölümlə hədələyiblər
İtaliyalı azarkeşlər Almaniyanın “Bayer 04” klubunun futbolçusunun ailəsinə ölüm təhdidi ilə bağlı mesajlar göndəriblər.

Məlumata görə, Almaniya millisinin və “Bayer 04” klubunun futbolçusu Robert Andrixin həyat yoldaşı sosial şəbəkələrdən ölüm təhdidi ilə bağlı mesajlar yazıldığını bildirib.

Robert Andrix isə məsələ ilə bağlı açıqlamasında bunun etik olmadığını və ailəsinə gələn mesajlara görə narahat olduğunu bildirib. Klub rəsmiləri isə futbolçunun ailəsini qorumaq üçün polisə müraicət ediblər.
Qeyd edək ki, mayın 2-si baş tutan “Roma” - “Bayer 04” görüşü qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Mənbə: Bild.de












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru