Veteran futboçu: "Gənc vaxtı Messinin geni dəyişdirilmişdi"

5-05-2024, 15:09           
Veteran futboçu:
"Mançester Siti"nin keçmiş futbolçusu Coi Barton "İnter Mayami"də çıxış edən argentinalı hücumçu Lionel Messinin gənc yaşlarında steroid qəbul etdiyini və bunun onun boyuna təsir etdiyini bildirib.

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

"Messi gənc yaşda genetik cəhətdən dəyişdirilmişdi. Ona böyümə hormonu və böyüməsinə kömək edən hər cür dərman verildi. Bildiyimə görə, başqa heç kim belə bir şey etməyib", deyə Barton bildirib.

Qeyd edilir ki, 1997-ci ildə tibbi müayinə Messinin böyümə hormonu çatışmazlığı (BHD) olduğunu ortaya qoyub və bu, ondan gündəlik böyümə hormonu inyeksiyasını tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru