İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi – Rəsmi qərar bu tarixdə açıqlanacaq

9-05-2024, 07:44           
İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi – Rəsmi qərar bu tarixdə açıqlanacaq
“Mançester Yunayted” baş məşqçi Erik ten Haqın yerinə əsas namizədi müəyyənləşdirib.

Fanat.az xəbər verir ki, bu barədə məlumatı “Football News France” məlumat yayıb.

Xəbərə görə, “qırmızı şeytanlar” İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytlə danışıqlara başlayıb. Rəhbərlik onunla yaxın həftələrdə razılığa gələcəyinə inanır. Bununla belə, “Mançester Yunayted” Sautqeytin keçidi ilə bağlı rəsmi açıqlama üçün AÇ-2024-ün başa çatmasını gözləməli olacaq.

54 yaşlı Erik ten Haqın mövqeyi “Kristal Pelas”a 0:4 hesablı məğlubiyyətdən sonra sarsılıb. Halbuki, klubun sahibləri növbəti mövsüm üçün də ona şans verməyi düşünürdü.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.