Kilian Mbappe “PSJ”dən ayrılacağını açıqlayıb - VİDEO

11-05-2024, 15:34           
Kilian Mbappe “PSJ”dən ayrılacağını açıqlayıb - VİDEO
Fransa millisinin hücumçusu Kilian Mbappe mövsümün sonunda Fransanın “Pari Sen-Jermen” futbol klubunu tərk edəcək.

Bu barədə futbolçu özünün “X” hesabında məlumat verib.

“Hər zaman demişəm ki, vaxtı gələndə sizə məlumat verəcəyəm. Hamınıza bildirmək istəyirəm ki, bu, PSJ-dəki son ilimdir. Müqaviləmi yeniləməyəcəyəm və bir neçə həftədən sonra macəram sona çatacaq. Son matçımı bazar günü “Park de Prens”də keçirəcəyəm”, - deyə futbolçu bildirib.
Xatırladaq ki, Mbappenin 25 yaşı var və 2017-ci ilin yayından o PSJ-də çıxış edir. Komandanın tərkibində futbolçu beşqat Fransa çempionu, üç dəfə ölkə kuboku və superkubokun qalibi olub, iki dəfə isə Liqa Kubokunun qalibi olub. Bundan əvvəl futbolçu “Monako”da çıxış edib və onun tərkibində Fransa çempionluğunu qazanıb.
Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru