Azərbaycana getsəm, xəyanət edərəm - Əfsanəvi futbolçunun qızı

11-05-2024, 11:21           
Azərbaycana getsəm, xəyanət edərəm -
Rusiya gimnastikasının lideri, Azərbaycan əsilli Lalə Kramarenko bu ölkənin mətbuatına geniş müsahibə verib.

TEREF publika.az-a istinadən xəbər verir ki, müsahibə zamanı Laləyə Azərbaycandan təklif gələrsə, qəbul edib-etməyəcəyi ilə bağlı sual verilib.

O, Azərbaycanın təklifini qəbul etməyin xəyanət olacağını bildirib:
- Tutaq ki, sabah Azərbaycan sizi dəvət etdi. Olimpiya Oyunlarında iştirak xatirinə bu dəvəti qəbul edərsiniz?
- Yox (gülür). Mən qısa, amma aydınam. Bu o demək deyil ki, mən Azərbaycan üçün yarışa bilmərəm. Bu, sadəcə, bir növ şəxsi ambisiya və emosiyalardır. Mən ölkəmə xəyanət edə bilmərəm. Bu, bir növ xəyanətdir.
Qeyd edək ki, Lalənin babası Sergey Kramarenko "Neftçi"nin əfsanəsi olub. Onun atası Dmitri Kramarenko isə Azərbaycan yığmasının qapıçısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru