"Bayer"dən bunu gözləmirdim" - Lunyov

11-05-2024, 16:18           
"Bayer"dən bunu gözləmirdim" - Lunyov
"Qarabağ"ın futbolçusu Andrey Lunyov Rusiyanın championat.com saytına açıqlama verib.

QOL.az xəbər verir ki, 33 yaşlı qolkiper əvvəlcə Ağdam təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda sualı cavablandırıb: "Hər şeyin öz vaxtı var".

Rusiyalı qapıçı sabiq klubu "Bayer"in bu mövsüm Almaniya çempionu olması və Avropa Liqasının finalına vəsiqə qazanmasına da toxunub: “Bayer” - “Roma” matçına baxmamışam. Təəccübləndiyimi söyləməyəcəyəm, amma "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etməsinə şadam. İlk oyundan sonra çox az adam "Bayer"in daha da irəliləyəcəyinə şübhə edirdi.

Təbii ki, mövsümdən əvvəl “Bayer”in 49 oyunluq məğlubiyyətsizlik seriyası yaşayacağını gözləmirdim. Amma komandanın ən yüksək yerlər uğrunda mübarizə aparacağını gözləyirdim”.

Xatırladaq ki, Lunyov ötən yay "Bayer"dən ayrıldıqdan sonra azad gent kimi "Qarabağ"a keçib. O, bu mövsüm Avropa Liqasının qrup mərhələsində və 1/8 finalında "Qarabağ"ın heyətində "Bayer"ə qarşı oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru