Sərbəst güləş yığmamız Avropa çempionu OLDU

27-05-2024, 12:18           
Sərbəst güləş yığmamız Avropa çempionu OLDU
Ölkəmizdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

"DogruXeber.az" xəbər verir ki, sərbəst güləş üzrə yığmamız komanda hesabında 1-ci yeri tutub.

1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 137 xal toplayaraq Avropa çempionu olub. Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.

Komandamızın heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da ümumi hesabda Avropa çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru