“Barselona”nın əsas transfer hədəfi bilindi – Danışıqlar gedir

4-06-2024, 16:24           
“Barselona”nın əsas transfer hədəfi bilindi – Danışıqlar gedir
“Barselona”nın bu yay əsas transfer hədəfinin adı məlum olub.

Fanat.az xəbər verir ki, bu, “Atletik”in vingeri Niko Uilyamsdır.

Məlumatı “Diario Sport” yayıb. Mənbənin məlumatına görə, Kataloniya təmsilçisinin idman direktoru Deko artıq futbolçunun agenti ilə əlaqə saxlayıb, müqaviləni başa çatdırmaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Təzminatın məbləği 50-60 milyon avro arasında olacağı bildirilir. “Barselona”nın təklif etdiyi məbləğ qarşı tərəfə bir neçə mərhələdə çatdırılacaq.

Keçən mövsüm Uilyams “Atletik”in heyətində bütün yarışlarda 37 oyun keçirib, burada 8 qol vurub və 17 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru