Emin Əmrullayev kişi və qadın basketbolçularımızı təbrik edib

10-06-2024, 12:34           
Emin Əmrullayev kişi və qadın basketbolçularımızı təbrik edib
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev basketbol üzrə kişi və qadınlardan ibarət milli komandalarımızı Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin etmələri münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, nazir bununla bağlı "X"dəki hesabında paylaşım edib.

"Kişi və qadınlardan ibarət milli komandalarımız 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində bütün oyunlarda qalib gələrək avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin ediblər. Təbriklər və uğurlar!", - nazir sosial şəbəkə hesabında yazıb.

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununda Kipr seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşündə Kipr seçməsi ilə üz-üzə gəlib. Komanda rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.
https://twitter.com/EminAmrullayev/status/1799906644727300195?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1799906644727300195%7Ctwgr%5E52e6fdc46591820fe206a36d0efd764e2d596d2b%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fidman%2Femin-emrullayev-kisi-ve-qadin-basketbolcularimizi-tebrik-edib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.