AVRO-2024: İspaniya finalda

10-07-2024, 10:24           
AVRO-2024: İspaniya finalda
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, oyunun 9-cu dəqiqəsində Fransa millisinin futbolçusu Kolo-Muani fərqlənib. İspaniya yığmasından isə 21-ci dəqiqədə Lamin Yamal, 25-ci dəqiqədə Dani Olmo rəqib qapısına yol tapıblar. Beləliklə, İspaniya Fransanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, İspaniya yığması finalda bu gün keçiriləcək digər yarımfinalın Niderland - İngiltərə görüşünün qalibi ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru