"Real"ın illik gəliri rekord məbləğə çatıb

24-07-2024, 16:34           
"Real"ın illik gəliri rekord məbləğə çatıb
İspaniyanın "Real" (Madrid) klubu illik gəlirinə görə rekord məbləğə çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Kral klubu" oyunçu satışından gələn məbləğ istisna olmaqla ötən mövsüm 1 milyard 73 milyon avro qazanc əldə ediblər.

Madrid təmsilçisinin xalis gəliri isə 16 milyon avroya bərabər olub.

Qeyd edək ki, ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında “Real” UEFA Çempionlar Liqası, İspaniya La Liqası və İspaniya Superkubokunun qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru