Paris-2024: İlk oyun günündə 16 futbol komandası üz-üzə gələcək - AFİŞA

24-07-2024, 12:38           
Paris-2024: İlk oyun günündə 16 futbol komandası üz-üzə gələcək - AFİŞA
2024-cü il Yay Olimpiya Oyunlarında futbol görüşlərinin ilk turuna səkkiz qarşılaşma ilə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə Özbəkistan - İspaniya, Argentina - Mərakeş, Qana - Yeni Zelandiya, Misir - Xorvatiya, İraq - Ukrayna, Yaponiya - Paraqvay, Fransa - ABŞ, Mali - İsrail matçları keçiriləcək.

Görüşlər Bakı vaxtı ilə saat 17:00, 19:00, 21:00 və 23:00-da başlayacaq.

Qeyd edək ki, ikinci turun qarşılaşmaları iyulun 27-də, son turun matçları isə iyulun 30-da keçiriləcək.

24 iyul

Saat 17:00

Özbəkistan - İspaniya

Argentina - Mərakeş

Saat 19:00

Qana - Yeni Zelandiya

Misir - Xorvatiya

Saat 21:00

İraq - Ukrayna

Yaponiya - Paraqvay

Saat 23:00

Fransa - ABŞ

Mali - İsrail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru