İdmançımız 92 kq çəki dərəcəsində qazaxıstanlı Aybek Oralbaya qalib gəlib. Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb. 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib. Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu, kubalı Xulio Sezar la Kruzu məğlub edib.