Olimpiadada evlilik təklifi

3-08-2024, 18:04           
Olimpiadada evlilik təklifi
Çinli badmintonçu Huan Yatsyun Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında qalib gəldikdən sonra evlilik təklifi alıb.

Oxu.Az "Championat"a istinadən xəbər verir ki, Yatsyun Çjen Sıvey ilə birlikdə Olimpiya çempionu olub. Qarışıq cütlüklərin finalında onlar Cənubi Koreyadan olan dueti məğlub ediblər.

Medallar təqdim edildikdən sonra onun sevgilisi Li Yuyçen Huan Yatsyuna yaxınlaşaraq minlərlə insanın qarşısında ona evlilik təklifi edib. İdmançı "bəli" deyərək, onun evlilik təklifini qəbul edib.

Qeyd edək ki, Yuyçen də həmçinin Paris Olimpiadasında iştirak edib. O, kişilər arasında cütlükdə çıxış edib və yarışın pley-off mərhələsinə keçə bilməyib. Çinli Tokio-2020 Oyunlarının gümüş mükafatçısıdır.

Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru