İbrahimoviç onu belə təbrik etdi

5-08-2024, 16:18           
İbrahimoviç onu belə təbrik etdi
İtaliyanın “Milan” klubunun sabiq hücumçusu, hazırda komandanın rəhbərliyində vəzifə tutan Zlatan İbrahimoviç serb tennisçi Novak Cokoviçi Parisdə keçirilən Olimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, İbrahimoviç bu barədə sosial şəbəkədə paylaşım edib.

"Sən sadəcə ən yaxşısan!" - İbrahimoviç yazıb.

Dünən, avqustun 4-də Cokoviç Parisdə (Fransa) keçirilən Olimpiya turnirinin finalında İspaniya təmsilçisi Karlos Alkarasa qalib gəlib - 7:6 (7:3), 7:6 (7:2).

Qeyd edək ki, bu, Cokoviçin ilk Olimpiya qızıl medalıdır. Bundan əvvəl o, üç dəfə yarımfinala çıxsa da, bu mərhələdə həmişə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru