Angela Carini cinsiyyəti mübahisə doğuran boksçudan üzr istədi

6-08-2024, 15:04           
Angela Carini cinsiyyəti mübahisə doğuran boksçudan üzr istədi
2024-cü il Paris Olimpiya Oyunlarında cinsiyyətinə görə mübahisə doğuran əlcəzairli boksçu İmane Xelifə qarşı rinqi tərk edən italiyalı Anjela Karini rəqibindən üzr istəyib.

İtaliyanın geniş tirajlı idman qəzetlərindən biri olan “La Gazzetta dello Sport”a danışan Carini, Əlcəzairli idmançı ilə bağlı cinsiyyət mübahisələrinə görə kədərləndiyini bildirib.

Rəqibi üçün təəssüfləndiyini vurğulayan Karini deyib: “Beynəlxalq Olimpiya Komitəsi döyüşə biləcəyini deyibsə, bu qərara hörmətlə yanaşıram. Bunu etmək niyyətində deyildim. Əslində, ondan və hər kəsdən üzr istəmək istəyirəm. Qəzəbləndim, çünki olimpiya yolum yarıda qaldı. Əslində, onunla yenidən görüşsəm onu qucaqlayaram”.

Qeyd edək ki, qadınlar arasında 66 kq çəki dərəcəsində 16-cı raundda mübarizə aparan Carini Xelifdən ilk yumruğu aldıqdan sonra 46-cı saniyədə rinqdən geri çəkildi.

Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən 2023-cü il dünya çempionatında qadınların yarışında iştirak etmək üçün uyğunluq kriteriyalarına cavab vermədiyi” səbəbi ilə diskvalifikasiya edilən əlcəzairli idmançının cinsi ilə bağlı müzakirələr gündəm olub.

Bu arada Beynəlxalq Olimpiya Komitəsi (BOK) ABB-nin Xelifi oyunlardan kənarlaşdırmaq tələbini rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru