Gürcüstan millisinin qapıçısı "Liverpul" yolunda

6-08-2024, 09:47           
Gürcüstan millisinin qapıçısı "Liverpul" yolunda
"Valensiya"nın və Gürcüstan milli komandasının qapıçısı Giorgi Mamardaşvili "Liverpul"un futbolçusu ola bilər.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, mersisaydlılar qapıçı üçün İspaniya klubuna 30 milyon avroluq təklif hazırlayıb.

Xatırladaq ki, AVRO-2024-də Mamardaşvili 30 seyv edib və 2008-ci il Avropa çempionatında 32 seyv edən Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyevin rekordunu demək olar ki, təkrarlayıb.

Ötən mövsüm qapıçı "Valensiya"da 32 oyun keçirib. 12 matçda qapını təmiz saxlayıb, qalanlarında isə 34 qol buraxıb. Transfermarkt internet portalı Mamardaşvilini 45 milyon avro qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru