Olimpiada niyə hər il deyil, dörd ildən bir keçirilir?

8-08-2024, 15:34           
Olimpiada niyə hər il deyil, dörd ildən bir keçirilir?
Olimpiadanın hər dörd ildən bir təşkili qədim yunan dövrünün ənənələrinə əsaslanır.

İndex.az xəbər verir ki, Olimpiadanın tarixi Qədim Yunanıstanda Zevsə həsr olunmuş festivallara gedib çıxır. İlk Olimpiada Kral Likorqosun təklifi ilə e.ə 776-cı ildə Yunanıstanın Olimpiya bölgəsində keçirilib.

Başlanğıcda yalnız bir günlə məhdudlaşsa da, zaman keçdikcə müxtəlif idman növləri əlavə edilərək və müddəti uzadılaraq daha böyük bir şənliyə çevrildi.

Qədim Yunanıstanda oyunlarda yalnız kişilər iştirak edə bilirdilər və onlar çılpaq yarışırdılar, qadınlar isə sadəcə tamaşaçı idilər.

Yarışçılar şənliklərə aylar qalmış məşqlərə başlayıblar və oyunların qaliblərinə mükafat olaraq zeytun budaqlarından hazırlanmış çələnglər verilib.

Amma təbii ki, Olimpiada tarix boyu çoxlu dəyişikliklər yaşayıb. Eramızdan əvvəl 146-cı ildə Romalıların Yunanıstana hücumu ilə oyunlar Afinaya köçürüldü. Daha sonra Olimpiya ənənəsi 392-ci ildə Bizans imperatoru II Feodosiusun oyunların keçirildiyi stadionu dağıtması ilə sona çatdı.

Qədim Yunan cəmiyyətində vaxtı ölçmək üçün istifadə edilən bir sistem var idi. Onların təqvimində 30 günlük 12 ay var idi, lakin hər dörd ildən bir bir “əlavə” il əlavə olunurdu.

Bu əlavə il təqvimi tarazlaşdırmaq və astronomik dövrlərlə uyğunlaşdırmaq üçün istifadə edilib. Bu dördillik dövr “Olimpiada” adlanırdı və bu dövr də adını Olimpiya Oyunlarına verdi.

Başqa sözlə, dörd ildən bir keçirilən Olimpiada qədim Yunan cəmiyyətinin zaman qavrayışı və təqvim sisteminə əsaslanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.