İngiltərə Superkubokunun qalibi bəlli olub

11-08-2024, 08:54           
İngiltərə Superkubokunun qalibi bəlli olub
“Mançester Siti” penaltilər seriyasında “Mançester Yunayted”i məğlub edərək İngiltərə Superkubokunun qalibi olub.

Gununsesi.info xəbər verir ki, hesabı 82-ci dəqiqədə “M. Yunayted”in futbolçusu Alexandro Qarnaço açıb. Matçın 89-cu dəqiqəsində Bernardo Silva hesabı bərabərləşdirib.

Penaltilər seriyası 7:6 hesabı ilə başa çatıb. Həlledici zərbəni “M. Siti”nin futbolçusu Manuel Akanji qoyub.

Bununla da, “Mançester Siti” İngiltərə Superkubokunun qalibi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.